EN

İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar

BAKI, 4 may. TELEQRAF

“Səkkiz il əvvələ qədər (Robert Köçəryan və Serj Sərkisyan dönəmlərində - red.) Ermənistan Rusiyanın peyki idi”.

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin İrəvanda keçirilən toplantısında deyib.

“Səkkiz il əvvələ qədər heç kim Ermənistana gəlməzdi, bu gün ölkənizə bu qədər ilk səfərlərin olması həqiqətən yaxşı göstəricidir. Çünki səkkiz il əvvəl bu ölkə de-fakto Rusiyanın peyki kimi qiymətləndirilirdi”, - Makron Ermənistan Baş naziri Nikol Paşinyana xitabla bildirib.

Fransa lideri iddia edib ki, Nikol Paşinyan səkkiz il əvvəl inqilab edərək (Serj Sərkisyanı devirərək – red.), Ermənistanı bu durumdan çıxarıb: “Bu dəyişiklik sülhü və Avropanı prioritet istiqamət kimi seçdi”.

Chosen
18
6
teleqraf.com

10Sources