EN

İranda edamlar davam edir

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Respublikasının "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, "Mossad" üzvləri olan Mehdi Əlirza oğlu Rəsuli, Məhəmməd Rza Miri 2025-ci ilin yanvarında Məşhəd şəhərində Həmidrza Yusefinejadın öldürülməsində, İbrahim Dövlətabadi isə Təbərsi ərazisindəki iğtişaşlarlarda bir neçə təhlükəsizlik əməkdaşının qətlində birbaşa iştirak ediblər:

"Adıçəkilən şəxslərin ictimai və xüsusi mülkiyyətə ziyan vurduqları, qətl, talançılıq, kütləvi iğtişaşların təşkili və qanunsuz silah istehsalı ilə məşğul olduqları sübuta yetirilib".

Nəşrin məlumatına əsasən, İ.Dövlətabadi Dimə qiyamı zamanı 250-300 nəfərlik silahlı qrupa başçılıq edib. Həmin hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara gətirib çıxarıb, həmçinin dövlətə, özəl sektora və "Bəsic" qüvvələrinə məxsus obyektlərin dağıdılması ilə nəticələnib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
bakivaxti.az

2Sources