EN

Bəqai: İran və Oman tezliklə Hörmüz boğazında gəmiçiliklə bağlı yeni qaydaları müzakirə edəcək

İran və Oman yaxın vaxtlarda Hörmüz boğazında gəmiçiliklə bağlı yeni qaydaların hazırlanması ilə bağlı dialoqu davam etdirəcək.

"Far.Az" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai brifinqdə bildirib.

"İran və Oman Hörmüz boğazının sahilyanı ölkələridir, təbii ki, onlar bu strateji əhəmiyyətli su yolunda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə görə ortaq məsuliyyət daşıyırlar. Danışıqlar gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün konkret protokolların və mexanizmlərin hazırlanmasına yönəldilib", - o qeyd edib.

Bəqai həmçinin bildirib ki, Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin pozulmasına görə ABŞ məsuliyyət daşıyır.

"Martın 29-dək Hörmüz boğazı gəmiçilik üçün təhlükəsiz yer idi. Beynəlxalq ictimaiyyət dəniz quldurluğu fəaliyyəti ilə boğazı təhlükəli hala gətirən ABŞ-ni məsuliyyətə cəlb etməlidir", - o deyib.

Chosen
2
2
far.az

3Sources