EN

“Goodride” təkərləri ilə bağlı şikayət 2 həftəyə sıradan çıxdı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Goodride" təkər mərkəzindən təkər alan şəxs keyfiyyət problemi ilə üzləşib. Redaksiyamıza müraciət edən şəxs bildirib ki, 2 həftə əvvəl aldığı təkər yüngül zərbənin təsiri ilə yararsız hala düşüb.Demokrat.az xəbər verir ki, saytımıza edilən müraciətdə qeyd olunub."İki həftə əvvəl, dəqiq tarixi ilə 18 apreldə "Goodride" təkər mərkəzindən ( iki ədəd təkər aldım. Əvvəlcə bildirdilər ki, təkərin 2025-ci il istehsalı qalmayıb. Onlar 2023-cü ilin təkərini endirimlə təklif etdilər. Razılaşıb avtomobilin üzərinə quraşdırdım. Ödəniş kartdan karta ödəmə üsulu həyata keçirildi, hər hansı çek və qarantiya kağızı verilmədi. İstifadə müddəti ərzində təkərin komfortu ilə bağlı narazılıq yaşamamışdım. Ancaq, şənbə günü (2 may ) uzun yola çıxarkən təkər sürətli döngələrdə keyfiyyətsizliyini tam şəkildə üzə çıxardı. Aşağı sürətlə avtomobilin təkərinin çuxura düşməsi ilə təkər yarasız hala düşdü, qəza vəziyyəti yarandı. Növbəti gün həmin vəziyyətdə "Goodride" satış mərkəzinə müraciət etsəm də, təkəri dəyişmək yox, sadəcə 15 manat endirimlə yeni təkər verməyi təklif etdilər".Şirkətin açıqlamasında qeyd edilib ki, təkərdə zəmanət sadəcə istehsalçı qüsuruna aiddir. Onlar bildiriblər ki, təkərdə şiş yaranması sürücünün günahıdır və buna görə istehsalçı məsuliyyət daşımır. Yəni, təkərin çuxura düşmə bucağı onun bu hala gəlməsinə səbəb olub.Mütəxəssislər isə qeyd edir ki, bəzi büdcə təkərlərində yan kordları zəif olur. Bu isə onların daha tez sıradan çıxması ilə nəticələnir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
demokrat.az

1Sources