EN

Evdə başlanan mübahisə məhkəməyə qədər uzandı Doğma qardaşına hücum etdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Nəsimi rayonunda qardaşlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Əfqan yaşadıqları evdə qardaşı Ülfət (adlar şərtidir – red.) ilə aralarında mübahisə yaranıb. Şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Ülfətin ağız nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı ilə barışıb. Zərərçəkmiş Ülfətdə ifadəsində qardaşı ilə barışdığını deyib. O, qardaşına qarşı şikayətini geri götürdüyünü bildirib. Bu işə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
demokrat.az

1Sources