EN

Kanadanın Baş naziri: Ermənistan və Azərbaycan arasında sülh yolunda əldə olunan tərəqqini alqışlayıram

BAKI, 4 may. TELEQRAF

Ermənistan və Azərbaycan arasında sülh yolunda əldə olunan tərəqqini mən də hər kəs kimi alqışlayıram.

Teleqraf xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında deyib.

Mark Karni, həmçinin Prezident İlham Əliyevin Zirvə toplantısında videobağlantı ilə iştirakından məmnunluğunu da ifadə edib.

Chosen
11
5
teleqraf.com

6Sources