EN

Zelenski: Ukrayna PUA-ları Moskvada 9 May paradında uça bilər...

Ukrayna prezidenti Vladimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitində bildirib ki, bu yay Putin üçün həlledici vaxt olacaq...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammitində çıxışı zamanı Rusiyanın 9 May Qələbə Günü paradı ilə bağlı açıqlama verib.

Zelenski qeyd edib ki, bu yay Putin üçün növbəti addımlarını müəyyən etməsi baxımından həlledici vaxt olacaq. Ukrayna liderinin sözlərinə görə, Rusiya rəhbəri ya müharibəni genişləndirmək, ya da diplomatik yollara keçmək qərarını verməlidir və onu diplomatiya istiqamətində itələmək lazımdır.

Ukrayna prezidenti Rusiyanın 9 May paradında hərbi texnikanın olmayacağını xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu, uzun illərdən sonra ilk dəfədir ki, Rusiya belə bir addım atmağa məcbur olur.

“Ukrayna PUA-ları da bu paradda uça bilər”, deyə Zelenski əlavə edib.

Zelenski vurğulayıb ki, bu hal Rusiyanın artıq əvvəlki qədər güclü olmadığını göstərir. Onun fikrincə, Rusiyanın hərbi texnikanı parad nümayişindən gizlətməsi cəbhədəki real vəziyyəti və Kremlin üzləşdiyi çətinlikləri əks etdirir.

Ukrayna prezidentinin bu açıqlamaları beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Bəzi hərbi ekspertlər Ukrayna PUA-larının Moskva yaxınlığında fəaliyyət göstərməsinin texniki cəhətdən çətin, lakin qeyri-mümkün olmadığını bildirirlər.

Poliqon.info

Chosen
43
50
poliqon.info

10Sources