EN

Avstriyadan Kremlə ağır zərbə: 3 diplomat ölkədən qovuldu

Avstriya hökuməti üç Rusiya diplomatını arzuolunmaz şəxs (persona non grata) elan edərək ölkədən xaric edib.

Musavat.com xəbər verir ki, buna səbəb diplomatik binaların damında casusluq fəaliyyəti üçün istifadə oluna biləcək xüsusi "anten meşəsi"nin – radioelektron avadanlıqların aşkar edilməsidir.

Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger məsələ ilə bağlı kəskin bəyanatla çıxış edərək bildirib: "Diplomatik toxunulmazlığın casusluq aktları törətmək üçün istifadə edilməsi qətiyyən qəbulolunmazdır".

Nazir artıq hər üç diplomatın ölkəni tərk etdiyini təsdiqləyib.

Qeyd edək ki, bu hadisə ilə 2020-ci ildən bəri Avstriyadan qovulan Rusiya diplomatlarının ümumi sayı 14-ə çatıb.

Musavat.com

Chosen
21
1
musavat.com

2Sources