EN

Paşinyana qarşı yeni ittihamlar – Ermənistan “geosiyasi risklərə sürüklənir”



Ermənistanda baş nazir Nikol Paşinyanın siyasəti yenidən kəskin tənqid olunub.

Politoloq Benyamin Matevosyan iddia edib ki, rəsmi İrəvan xarici siyasətdə balansı itirərək ölkəni riskli geosiyasi vəziyyətə aparır.

Onun sözlərinə görə, Ermənistan uzun illər Rusiya ilə iqtisadi və logistik əməkdaşlıqdan faydalansa da, son dövrlərdə atılan addımlar bu tarazlığı poza bilər. Matevosyan xüsusilə Ukraynaya humanitar yardım məsələsini misal çəkərək bunun digər istiqamətlərlə uzlaşdırılmadığını bildirib.

O həmçinin Ermənistanın “qlobal güclərin qarşıdurma meydanına” çevrilmə ehtimalından danışıb və bu prosesin ölkə üçün itkilərlə nəticələnə biləcəyini iddia edib.

Ekspert Avropa İttifaqı ilə yaxınlaşma siyasətini də şübhə altına alaraq bunun real nəticə verməyəcəyini, daha çox daxili siyasi məqsədlərə xidmət etdiyini vurğulayıb.

Matevosyanın fikrincə, bu kurs davam edərsə, Ermənistan yeni və daha təhlükəli geosiyasi gərginliklərlə üzləşə bilər.



Chosen
17
aia.az

1Sources