EN

Ukrayna dronları Moskvada 9 may paradına uça bilər - Zelenski


Ukrayna dronları Moskvada 9 may paradına uça bilər.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Sammitindəki çıxışında deyib.

O bildirib ki, bu il ilk dəfə olaraq Rusiya tammiqyaslı hərbi parad keçirməyəcək. Zelenskinin sözlərinə görə, bu, Rusiyanın artıq əvvəlki kimi güclü görünmədiyinin yaxşı əlamətidir:

"Bu yay Putin növbəti addımı necə atacağına qərar verəcək - müharibəni genişləndirmək, yoxsa diplomatiya aparmaq. Biz onu diplomatiyaya doğru itələməliyik".

Musavat.com


Chosen
33
3
nuh.az

4Sources