EN

Ukraynaya anti-ballistik raketlərin tədarükü davam edir

Ukraynaya anti-ballistik raketlərin tədarükü əvvəlki razılaşmalara uyğun olaraq davam edir.

Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bunu Prezident Volodymyr Zelensky NATO-nun baş katibi Marko Rutte ilə söhbətindən sonar bildirib.

Prezident qeyd edib ki, Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ukrayna tərəfdaşları ilə hava hücumundan müdafiənin gücləndirilməsini müzakirə edib. Lazımi Avropa sistemlərinin və raketlərinin istehsalı, PURL proqramına dəstək və Avropaya özünün anti-ballistik raket sistemlərini təqdim etmək imkanları da müzakirə olunub.

Chosen
19
herbiand.az

1Sources