EN

Bakıda keçiriləcək Formula 1 Qran-prisi üçün könüllü qeydiyyatı başladı

BAKI, 4 may. TELEQRAF

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin 10 illik yubiley buraxılışı üzrə könüllü proqramına müraciətlər başlayıb.

Bakı Şəhər Halqasından Teleqraf-a verilən məlumata görə, qeydiyyat yalnız BCC mobil tətbiqi vasitəsilə mümkündür.

Müraciətlər 4 may tarixindən etibarən açıqdır və yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq namizədlərə gecikmədən müraciət etmələri tövsiyə olunur.

Kimlər müraciət edə bilər?
Əgər siz məsuliyyətli, enerjili, ünsiyyətcil və komanda mühitində işləməyi bacaran birisinizsə, bu proqram sizin üçündür.
Könüllülər üçün minimum yaş həddi 16 yaşdır. Xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.
2025-ci ildə rekord sayda – 30,000-dən çox müraciət qeydə alınmış, onlardan yalnız 2,000 könüllü seçilmişdir, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
Necə müraciət etmək olar

Chosen
22
1
teleqraf.com

2Sources