EN

Hörmüzdə gərginlik pik həddə: İran ABŞ qüvvələrini açıq şəkildə hədələdi

İranın Hatəmül-Ənbiya Mərkəzi Qərargahı bildirib ki, hər hansı xarici silahlı qüvvə, xüsusilə ABŞ ordusu Hörmüz boğazına yaxınlaşarsa və ya daxil olmağa cəhd edərsə, hücuma məruz qalacaq.

Sitat.info xəbər verir ki, bu barədə İran dövlət televiziyasının məlumat yayıb. 

Açıqlamada vurğulanıb ki, boğaza nəzarət İran Silahlı Qüvvələrinin əlindədir və bütün keçidlər onların koordinasiyası ilə həyata keçirilməlidir. Bölgədəki gəmilərə koordinasiyasız hərəkət etməmək və təhlükəsizliklərini riskə atmamaq çağırışı edilib.

İran həmçinin ABŞ-ı bölgədə “dəniz quldurluğu”nda ittiham edib və istənilən təhdidə sərt cavab verəcəyini bildirib.

ABŞ Mərkəzi Komandanlığı – CENTCOM – isə “Azadlıq Layihəsi” çərçivəsində Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz keçidinə dəstək verəcəyini və əməliyyatda 15 min hərbçinin iştirak edəcəyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp da bəyan edib ki, bu gündən etibarən böhranla əlaqəsi olmayan neytral ölkələrin gəmilərinin boğazdan təhlükəsiz keçidinə yardım ediləcək. O, bu addımın daha çox humanitar məqsəd daşıdığını vurğulayıb.

Aytac,

Sitat.info

Chosen
16
1
sitat.info

2Sources