EN

Trampın qərarı ilə bağlı ziddiyyət: İrəvanda Makron bir söz dedi, Rutte başqa söz

ABŞ prezidentinin Almaniyadan qoşunları çıxarmaq qərarı, ilk növbədə, Avropanın özünə bir mesajdır.

Publika.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron İrəvanda Avropa Siyasi Birliyi sammitindən əvvəl jurnalistlərə bildirib.

Makron əlavə edib ki, Aİ ölkələri təhlükəsizliklərini gücləndirməli və müdafiə sektorunda birgə həllər hazırlamalıdırlar, eyni zamanda nəzərə almalıdırlar ki, Avropa İttifaqı üçün təhlükəsizlik məsələlərinin yalnız birliyin sərhədləri ilə məhdudlaşmaması vacibdir.

Lakin NATO-nun baş katibi Mark Rutte başqa fikirdədir. Rutte bildirib ki, Avropa ABŞ-ın İrana qarşı zərbələr üçün qitədəki bazalardan istifadəyə qoyulan qadağadan narazılığının siqnalını eşidib və bazalarla bağlı razılaşmaların gələcəkdə həyata keçirilməsini təmin etmək üçün tədbirlər görəcəklər.

Chosen
23
publika.az

1Sources