EN

Azərbaycanda "ChatGPT"nin bazar payı azalmaqda davam edir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay ChatGPT 72,78% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub. Buna baxmayaraq, "chatbot"un bazar payı 1 ay əvvəllə müqayisədə 5,66 faiz bəndi azalıb.

Banco.az "statcounter"ə istinadən xəbər verir ki, mart ayında ChatGPT-nin payı 78,44% təşkil edirdi.

Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (20,15%), Perplexity (1,88%), Claude (2,48%) Microsoft Copilot (2,71%). 

Qeyd edək ki, apreldə qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (76,85%) olub. Onun ən yaxın rəqibi Google Gemini-ın payı isə 9% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
17
1
banco.az

2Sources