EN

“Liverpul”dan antirekord

BAKI, 4 may. TELEQRAF

İngiltərə Premyer Liqasında çıxış edən “Liverpul” standart vəziyyətlərdən buraxdığı qolların çoxluğu ilə klub tarixinin ən uğursuz mövsümlərindən birini keçirir.

Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisi cari mövsümdə penaltilər istisna olmaqla standart vəziyyətlərdən 17 qol buraxıb. Bununla da komanda klub tarixinin antirekordunu yeniləyib.

Əvvəlki ən zəif göstərici 1992/1993 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “qırmızılar” standart vəziyyətlərdən 16 qol buraxmışdı.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 35 turdan sonra 58 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Chosen
3
1
teleqraf.com

3Sources