EN

Avstriya üç rus diplomatını ölkədən qovub

Bu günə qədər Avstriya tərəfindən 2020-ci ildən bəri ölkədən çıxarılan rus diplomatlarının ümumi sayı 14-ə çatıb.

Avstriya hökuməti diplomatik binaların damlarında casusluq üçün istifadə edilə bilən "antenalar meşəsi" səbəbindən üç rus diplomatını persona non grata elan edib. Reuters bu barədə 4 may bazar ertəsi günü məlumat verib.

"Diplomatik toxunulmazlığın casusluq üçün istifadə edilməsi qəbuledilməzdir", - deyə Avstriya Xarici İşlər Naziri Beate Meinl-Reisinger vurğulayıb. Onun sözlərinə görə, üç diplomat artıq ölkəni tərk edib. Bu, 2020-ci ildən bəri Avstriya tərəfindən ölkədən çıxarılan rus diplomatlarının sayını 14-ə çatdırır.

Avstriya digər dövlətlərə qarşı casusluq ittihamı irəli sürmür və bu da Rusiyanın Vyanada Avropanın əsas kəşfiyyat mərkəzlərindən birini saxlamasına imkan verir. Hazırda ölkədə təxminən 500 rusiyalı diplomat çalışır və hakimiyyət orqanları onların təxminən üçdə birinin kəşfiyyatla əlaqəli olduğunu təxmin edir.

Son iki ildə Vyanada Rusiyaya məxsus binaların damlarında xeyli sayda anten və müşahidə sistemi peyda olub. Həmçinin bildirilib ki, Avstriya kəşfiyyat orqanları Rusiya diplomatına məxfi məlumatlar ötürən enerji şirkəti OMV-nin əməkdaşını ifşa edib.

Əziz MUSTAFA

Chosen
21
1
oxumeni.az

2Sources