EN

“Sabah”dan daha çox pul istəyəcəklər” – Timoteuş Puxaç

“Sabah”ın yarımmüdafiəçisi Timoteuş Puxaç klubdakı gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.

Msport.az xəbər verir ki, müqavilə ilə Almaniyanın “Holşteyn” klubuna məxsus olan futbolçu “Meczyki.pl” nəşrinə açıqlama verib:

“Mənim “Holşteyn”lə müqaviləm var. Onların baş məşqçisi və idman direktoru dəyişib. Yaxşı formada olduğumu görüb mənimlə işləməyə davam etmək və geri qaytarmaq istədilər. Oradan ayrılmaq yəqin ki, çətin olacaq, çünki “Sabah”dan müqavilədə göstərilən satınalma məbləğindən daha çox pul istəyəcəklər.

Burda mənə yaxşıdır. Görək klublar necə razılaşacaqlar. Qalmaq ehtimalım təxminən 80 faizdir. İndiyədək çox klub dəyişmişəm, bu, bəzən mənə kömək edib, bəzən də yox. İnkişaf baxımından sabitlik yaxşıdır. Əgər avrokuboklarda oynasaydıq, fantastik olardı. Düşünürəm ki, gələn mövsüm də “Sabah”da çıxış etmək şansım var.

Türkiyədə çempionluq?  Trabzona oynamağa hazır vəziyyətdə gəldim (Puxaç 2022-ci ildə “Trabzonspor”da icarə əsasında oynayıb-red.)və biz ardıcıl 10 görüşdə qələbə qazandıq. Orda da oynayırdım, amma burda aparıcı futbolçulardan biriyəm. Azərbaycanda qazandığım bu titul mənə daha doğmadır”.

 

 

Chosen
18
msport.az

1Sources