EN

53 yaşlı Kemeron Diaz üçüncü dəfə ana olub

Hollivud aktrisası Kemeron Diaz üçüncü dəfə ana olub.

Qaziler.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Bendji Medden "Instagram" sosial şəbəkəsində məlumat verib.

Bendji Medden bildirib ki, Kemeron Diazla onların oğlu dünyaya gəlib. Cütlük körpəyə Nautas adını qoyub.

"Kemeron və mən üçüncü övladımız Nautas Meddenin dünyaya gəlişini elan etdiyimiz üçün həyəcanlıyıq və özümüzü inanılmaz dərəcədə xoşbəxt hiss edirik. Dünyaya xoş gəldin, oğlum!" – deyə Diazın həyat yoldaşı yazıb.

Bununla belə, Medden yeni doğulmuş körpənin fotosunu göstərməyib.

Kemeron Diaz və Bendji Medden 2015-ci ildən evlidirlər. Hollivud aktrisası ilk dəfə 2019-cu ildə ana olub. Onun Reddiks adlı qızı dünyaya gəlib. 2024-cü ilin martında isə cütlük ikinci dəfə valideyn olub, onların Kardinal adlı oğulları doğulub.

QAZİLER.AZ

Chosen
17
qaziler.az

1Sources