EN

Ötən ay 121 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Ötən ay 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aylıq hesabatında qeyd edilib.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 121 kiloqram 249 qram narkоtik vasitə və 23647 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 168 min 103 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silah və ona məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.

Chosen
13
6
day.az

9Sources