Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan qran-prisi üçün könüllülərin qeydiyyatı başlayıb.


Bu barədə Rekord.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.


Könüllülər üçün minimum yaş həddi 16 yaşdır.


Bildirilib ki, xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.


2025-ci ildə rekord sayda – 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.


Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 24-26-da baş tutacaq.