ABŞ Hörmüz boğazında SEPAH tərəfindən hərbi gəmisinin raketlərlə vurulması ilə bağlı məlumatı təkzib edib.
"Report" xəbər verir ki, bu barədə "Ynet" "Axios"a istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin yüksəkvəzifəli rəsmisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ hərbi gəmisinin raketlərlə vurulması barədə bəyanatını təkzib edib.
İran Hörmüz boğazında ABŞ hərbi gəmisini iki raketlə vurub.
"Report" xəbər verir ki, bu barədə Yaxın Şərq mediası yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, raketlər ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə Cask adası yaxınlığında dəyib. Hücum gəminin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dayanmaq tələbinin nəzərə almamasından sonra həyata keçirilib.