EN

Nepal Hindistan sərhədində İDDİALAR böyüyür

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Himalay bölgəsində yerləşən Kailaş dağı və Mansarovar gölü istiqamətində istifadə olunan Lipulex aşırımı ilə bağlı Nepal və Hindistan arasında yeni gərginlik yaranıb.

Milli.Az xəbər verir ki, Nepal tərəfi həmin keçidin öz ərazisi olduğunu bildirərək Hindistan və Çin tərəfinə diplomatik nota göndərib və bölgədə aparılan fəaliyyətlərə etiraz edib. Katmandu bəzi sərhəd zonalarının ölkəyə məxsus olduğunu iddia edərək orada həyata keçirilən infrastruktur və ziyarət marşrutlarının dayandırılmasını tələb edir.

Hindistan isə bu iddiaları qəbul etmir və Lipulex keçidinin uzun illərdir dini ziyarətlər üçün istifadə olunduğunu bildirir. Rəsmi Yeni Dehli məsələni tarixi əsaslara söykənmədiyini qeyd edərək, sərhəd məsələlərinin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayır.

Mövcud gərginliyə baxmayaraq, bölgədə ziyarət marşrutlarının 2025-ci ildən etibarən yenidən bərpa olunduğu və 2026-cı ildə də davam etdirilməsi planlaşdırıldığı bildirilir. 

Asya

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
37
news.milli.az

1Sources