EN

Özünü bələdiyyə sədri kimi təqdim edib torpaq satırmış: Adı açıqlandı VİDEO

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər Abşeron rayonunun Hökməli qəsəbəsində qanunsuz torpaq satışı ilə bağlı yayılan xəbərlər geniş müzakirələrə səbəb olub. 

AzTV əməkdaşlarının keçirdiyi reyd zamanı görüntülərdən məlum olub ki, Hökməli bələdiyyəsi ərazidə sənədsiz torpaq satışını həyata keçirir. İstənilən ölçüdə torpaq sahəsinin aşağı qiymətlərlə alıcılara təklif edildiyi, həmin torpaqların isə sənədsiz və kommunal təminatsız olduğu müəyyən edilib. 

Bu faktlar məsələ ətrafında ciddi suallar yaradır. Məsələ ilə bağlı Hökməli bələdiyyəsindən “Cebheinfo.az” –a bildirilib ki, çəkiliş olana qədər bu məsələdən xəbərsiz olublar: 

"Bizə bələdiyyə torpaqlarının satılması ilə bağlı hər hansı rəsmi şikayət daxil olmayıb. AZTV-nin çəkiliş aparmasına qədər də bu barədə müraciət qeydə alınmamışdı. 

Əgər belə bir şikayət daxil olsaydı, məsələ bələdiyyə rəhbərliyi və üzvləri tərəfindən araşdırılaraq ya müvafiq qərar qəbul edilər, ya da zərurət yaranacağı halda vəzifədən azad edilmə və ya digər intizam tədbirləri görülə bilərdi. Hazırda məsələ ictimailəşib və artıq həm hüquq-mühafizə orqanlarının, həm də aidiyyəti qurumların diqqət mərkəzindədir. 

Biz də istintaqın və araşdırmanın nəticələrini gözləyirik. Hazırda həmin şəxs vəzifəsindən azad edilib. Ümumilikdə, məsələnin yekun nəticəsinin hüquqi araşdırmaların ardından müəyyənləşəcəyi gözlənilir”. 

Qeyd edək ki, hadisədən sonra Hökməli bələdiyyəsinin sədri Ramil Orucov açıqlama verərək, torpaq satışı və qanunsuz tikinti halları ilə bağlı yayılan iddiaların onun fəaliyyəti ilə əlaqəli olmadığını bildirib. 

Həmçinin o, bu vəzifəni 2025 ci ildən icra etdiyini qeyd edib Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs isə bələdiyyə üzvü Mehdi Məmmədov olub və o, bələdiyyədə tutduğu vəzifəsindən uzaqlaşdırılıb. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

Hökməli bələdiyyəsi Ramil Orucov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
cebheinfo.az

2Sources