EN

Neftçalada 11, Hacıqabulda 1 kənd qazsız qalacaq

Mayın 5-də saat 10:00-dan etibarən Neftçala və Hacıqabul rayonlarının bəzi ərazilərində qaz müvəqqəti kəsiləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar Neftçala rayonunun Xanməmmədli, Qaçaqkənd, Ramazanlı, Qazaxbərəsi, Mürsəqulu, Dördlər, Xolqaraqaşlı, Xolqarabucaq, Xoltəzəkənd, Qırmızıkənd, Xəzərkəndi kəndlərində, həmçinin Hacıqabul rayonunun Qarasu kəndində qaz təchizatı dayandırılacaq.

Qeyd edilib ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Chosen
2
1
far.az

2Sources