İran tərəfindən həyata keçirilən hücumlar zamanı ABŞ-yə məxsus heç bir gəmiyə ziyanın dəymədiyi bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (CENTCOM) rəsmən təsdiqləyib.
"ABŞ Hərbi Dəniz Qüvvələrinə aid heç bir gəmi hədəfə tuş gəlməyib. ABŞ-nin hərbi bölmələri "Azadlıq layihəsi" adlı əməliyyatın icrasını davam etdirir və İran limanlarına qarşı dəniz blokadasını həyata keçirir", - deyə komandanlığın "X" platformasında yerləşdirilən bəyanatında qeyd olunub.