EN

Fatma Yıldırım: Yaşıllıqlarla bağlı dəyişikliklər fermerlərin fəaliyyətini asanlaşdıracaq

Hazırkı qanunvericilikdə əkin təyinatlı torpaqlarda kənd təsərrüfatı fəaliyyətinə mane olan ağac və kolların götürülməsi ilə bağlı aydın hüquqi mexanizmin olmaması praktikada çətinliklər yaradır. Bunu deputat Fatma Yıldırım  “Yaşıllıqların mühafizəsi haqqında” qanuna münasibət bildirərkən deyib. 


“Bu vəziyyət torpaqların əkin dövriyyəsinə cəlb edilməsini, müasir aqrotexniki vasitələrdən və suvarma sistemlərindən istifadəni çətinləşdirir,” - Yıldırım bildirib.


Deputat qeyd edib ki, təklif olunan dəyişikliklər fermerlərin maraqlarının qorunmasına, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və qeyri-neft sektorunun inkişafına xidmət edəcək.
 

Gülnar Nazimqızı 

Chosen
9
anews.az

1Sources