Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər.
Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.
Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründə komissiya gəlirləri 91.4 mln. manat olmuşdu.
Banklar bu müddət ərzində aktivlərini cəmi 6% artırmaqla 57,96 mlrd. manata, faiz gəlirlərini 18% artımla 1,34 mlrd. manata qaldırıblar.