EN

Ağdaşda “Azərbaycan naminə yaşanan ömür” mövzusunda tədbir keçirilib

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qülbəndə kənd ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərbaycan naminə yaşanan ömür” mövzusunda tədbir keçirilib.

YAP Ağdaş rayon təşkilatı Qülbəndə kənd ərazi partiya təşkilatının sədri Səbuhi Məmmədov tədbiri giriş nitqi ilə açaraq, Ümummilli Liderin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqın rifahı yolunda göstərdiyi müstəsna xidmətləri diqqətə çatdırıb. O vurğulayıb ki, dahi şəxsiyyətin bütün fəaliyyəti doğma Vətəninə və millətinə təmənnasız xidmət amalı üzərində qurulub.

YAP Ağdaş rayon təşkilatının İsa Eminov Heydər Əliyev irsinin Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunduğunu diqqətə çatdırıb. Sədr müavini Ulu Öndərin keçdiyi şərəfli yolu ölkəmizin inkişaf xəritəsi kimi xarakterizə edib.

Partiya fəallarından Sevgin Əliyeva, Zahir Məmmədov və Kamil Mustafayev Ulu Öndərin Azərbaycanın varlığını qoruyub saxlayan tarixi missiyasından bəhs ediblər. Onlar qeyd ediblər ki, məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz parçalanma təhlükəsini geridə qoyaraq sabitlik yoluna qədəm qoyub. Çıxışçılar bu uğurlu yolun Prezident İlham Əliyev tərəfindən müasir yanaşmalarla zənginləşdirildiyini və nəticədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək müzəffər dövlət statusu qazandığını diqqətə çatdırıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
yeniazerbaycan.com

2Sources