EN

Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda kütləvi dava olub. 

Lent.az xəbər verir ki, hadisə ötən gün Nəsimi rayonunda, Mirəli Qaşqay və Sahib Zeynalov küçələrinin kəsişməsində qeydə alınıb.

Dava edən bir qrup şəxs daha sonra ərazidən qaçıblar.

Polis əməkdaşlarının isti izlərlə həyata keçirdiyi tədbir nəticəsində kütləvi davanı törədən şəxslər müəyyən olunublar.

Hadisənin iştirakçıları - Seymur Quliyev, Şakir Məmmədov və Abasqulu Quliyev polis tərəfindən saxlanılıblar.

Hazırda ərazi üzrə müvafiq polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
lent.az

1Sources