Uqo Lyoris bir neçə il əvvəl verdiyi qərarını dəyişib.
O, Fransa yığmasına qayıtmaq qərarına gəlib.
“Ekip” qəzetinin məlumatına görə, “Los Anceles”də çıxış edən 39 yaşlı futbolçu dünya çempionatında milli komandaya 3-cü qapıçı kimi qayıtmaq qərarına gəlib. Uqo 2023-cü ilin yanvarında beynəlxalq karyerasını başa vurduğunu açıqlamışdı.
O, sıralarında DÇ-2018-in qalibi olduğu Fransa yığmasında 145 oyun keçirməklə komandanın rekordçusu sayılır.