EN

Makronun sözləri İrəvanda narazılıq yaratdı – revanşistlər hücuma keçdi

İrəvanda keçirilən sammit fonunda erməni revanşist düşərgədən bu dəfə Fransa prezidenti ünvanına sərt ittihamlar səsləndirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun Avropa Siyasi Birliyi sammitində Ermənistanla bağlı səsləndirdiyi fikirlər erməni politoloq Akop Badalyanın “xətrinə dəyib”.

Makron çıxışında bildirib ki, Ermənistan bir neçə il əvvəl de-fakto Rusiyanın təsir dairəsində olan təcrid olunmuş ölkə kimi qəbul edilirdisə, hazırda Avropanın diqqəti sayəsində bu vəziyyət dəyişib.

Badalyan Fransa prezidentini “tarixi faktları təhrif etməkdə” ittiham edib. O iddia edib ki, 2018-ci ildən əvvəl də Ermənistan beynəlxalq səviyyədə aktiv olub və yüksək səviyyəli səfərlər həyata keçirilib. Politoloq Qərbin İrəvana artan marağına fərqli izah verərək bunun geosiyasi səbəblərlə bağlı olduğunu iddia edib. Onun fikrincə, regionda yeni reallıqlar fonunda Avropa ölkələri Ermənistana təzyiq imkanlarını genişləndirməyə çalışır.

Badalyan həmçinin iddia edib ki, bu maraq daha çox logistik layihələrlə, xüsusilə “Orta dəhliz” kimi təşəbbüslərlə əlaqəlidir və beynəlxalq aktorlar İrəvandan Bakı ilə münasibətlərdə daha çevik mövqe gözləyir.

Musavat.com

Chosen
15
musavat.com

1Sources