EN

Yaxın Şərqdə gərginlik artır: BƏƏ tankerləei hədəfə alındı

İran dronları tərəfindən Hörmüz boğazında BƏƏ neft tankerinin hədəfə alınması iddiası bölgədə gərginliyi artırıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Hücum beynəlxalq hüququn pozulması kimi vurğulanıb və hadisənin qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yaratdığı bildirilib.

BƏƏ Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb. Bəyanatda Hörmüz boğazından keçərkən iki İran dronunun ADNOC tankerinə hücum etdiyi və hücumun qətiyyətlə pisləndiyi qeyd edilib.

Hücumda heç bir itki və ya xəsarət alanın olmadığıbildirilir.

Bəyanatda ticarət gəmilərinin hədəfə alınması və Hörmüz boğazından təzyiq və ya iqtisadi şantaj vasitəsi kimi istifadə edilməsinin İran İnqilab Keşikçiləri tərəfindən törədilən "piratlıq aktı" olduğu və bölgənin və xalqının sabitliyinə, eləcə də qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid yaratdığı vurğulanır.

Murad Məmmədli

Chosen
25
1
bakivaxti.az

2Sources