EN

Avropa liderləri Tbilisiyə gəlməli idi, İrəvana yox Saakaşvili

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti ilə bağlı diqqətçəkən açıqlama verib.

Modern.az xəbər verir ki, Saakaşvili məhkəmə çıxışı zamanı Avropa liderlərinin Tbilisi əvəzinə İrəvana getməsindən narazılığını ifadə edib.

O bildirib ki, Tbilisi tarixən Qafqazın əsas siyasi və regional mərkəzi olub və əgər onun hakimiyyəti dövründə yürüdülən siyasi kurs davam etsəydi, sammit məhz Gürcüstan paytaxtında keçirilərdi:

“Kim şübhə edir ki, əgər mənim kursum bu gün davam etsəydi, bütün Avropa liderləri Tbilisi gələcək və İrəvana əlavə 40 dəqiqə uçmaq məcburiyyətində qalmayacaqdılar? Gürcüstan hazırda 2013-cü ilin Ermənistanına çevrilib, Ermənistan isə  2012-ci ildən əvvəl daha çox Gürcüstana bənzəyirdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
modern.az

1Sources