EN

ABŞ də sərnişin təyyarəsi yük maşınına toxunub, sürücü yaralanıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

ABŞ-nin Nyuark hava limanı yaxınlığında “United Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş-eniş zolağına yaxınlaşarkən yük maşınına toxunub.

AZƏRTAC xəbər verir ki, hadisəyə uçuş-eniş zolağının avtomobil yoluna çox yaxın məsafədə yerləşməsi səbəb olub. Toqquşma zamanı yük maşınının şüşələri qırılıb və sürücü avtomobili yolun kənarına çəkə bilib. Nəticədə yüngül xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

İtaliyadan gələn “Boeing 767” təyyarəsi hadisə zamanı təxminən saatda 257 kilometr sürətlə uçurmuş. Təyyarədə olan 221 sərnişin və 10 ekipaj üzvündən heç biri xəsarət almayıb və hava gəmisi normal qaydada dayanacağa yönəlib. “United Airlines” insidentlə bağlı araşdırmalara başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
azertag.az

2Sources