ain.az, Marja.az saytına istinadən bildirir.
ABŞ-ın video oyun satışı şirkəti "GameStop", elektron ticarət şirkəti "eBay"i satın almaq üçün 55,5 milyard dollarlıq təklif irəli sürüb.
Marja xəbər verir ki, "GameStop" tərəfindən verilən açıqlamaya görə, "eBay "səhmdarlarına hər səhm üçün 125 dollar nağd və səhm şəklində təklif təqdim edilib.

"GameStop"ın təklifi "eBay"in cümə günü birja bağlanış qiymətinə nisbətən təxminən 20% daha yüksək qiymətə uyğun gəlir.
Ümumilikdə 55,5 milyard dollara çatan satınalma məbləğinin təklif qəbul olunacağı təqdirdə yarısının nağd, qalan yarısının isə "GameStop" səhmləri ilə ödənilməsi planlaşdırılır.
Mövcud bazar məlumatlarına əsasən "eBay" təxminən 46 milyard dollar, GameStop isə 12 milyard dollar dəyərində qiymətləndirilir.
Satınalma əməliyyatının "GameStop"ın mövcud nağd resursları və yeni borclanma alətləri hesabına maliyyələşdirilməsi planlaşdırılır. ABŞ mediasının məlumatına görə, prosesə Yaxın Şərq suveren investisiya fondunun da daxil edilməsi gündəmdədir.
"Amazon"a ciddi rəqib olacaq
“Wall Street Journal” (WSJ)-a müsahibə verən Ryan Cohen bildirib ki, bu satınalma elektron ticarət nəhəngi "Amazon"a qarşı güclü alternativ formalaşdıracaq.
"GameStop" rəhbəri satınalmanın tamamlanmasından sonrakı bir il ərzində 2 milyard dollar qənaət gözlədiklərini deyib: “Məqsədim "eBay"i yüz milyardlarla dollar dəyərində bir şirkətə çevirməkdir”.
Kiçik investorların simvolu
ABŞ birjalarında kiçik və böyük investorlar arasındakı tarixi rəqabət 2021-ci ildə "GameStop" səhmləri ətrafında baş verən əməliyyatlarla qlobal gündəmə çevrilmişdi. Həmin dövrdə maliyyə çətinlikləri yaşayan şirkətin səhmləri iri investisiya fondları tərəfindən “qısa satış” (short selling) üsulu ilə hədəfə alınmışdı.
"Reddit" platformasındakı “WallStreetBets” forumunda təşkil olunan həvəskar investorlar bu vəziyyəti müəyyən edərək kütləvi alışlara başlamışdılar. 18 dollar səviyyəsindən 400 dolların üzərinə yüksələrək bir ay ərzində təxminən 1700% dəyər qazanan "GameStop" səhmləri böyük investisiya şirkətlərinə milyardlarla dollar zərər yaşatmışdı.
Bu hadisə maliyyə ədəbiyyatında fərdi investorların bazar üzərində təsirini göstərən ən konkret nümunələrdən biri kimi yer alıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.