EN

Aİ lideri Prezident İlham Əliyevin İrəvandakı sammitdə iştirakını yüksək qiymətləndirib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Avropa Siyasi Birliyinin bugünkü Zirvə toplantısı həqiqətən tarixi idi.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti çərçivəsində mətbuat konfransında deyib.

O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə videobağlantı formatında iştirak etməsini yüksək qiymətləndirib.

Aİ liderinin sözlərinə görə, İrəvanda keçirilən və Prezident İlham Əliyevin çıxış etdiyi bu sammit Qafqazda həmişə sülh sammiti kimi xatırlanacaq.

Koşta bu irəliləyişin cəsur siyasi qərarlar və səbrli diplomatik səylər nəticəsində ərsəyə gəldiyini deyib.

“Bu zirvə görüşü Qafqazda sülh sammiti kimi yadda qalacaq və buna cəsarətli siyasi qərarlar və səbrli diplomatik səylər səbəb olub. Bu, eskalasiyaların və müharibələrin üstünlük təşkil etdiyi bir dünyada tarixi bir hadisədir. Bunu qeyd etmək lazımdır!”, - Aİ lideri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
50
apa.az

10Sources