İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Nazirlər Şurasının sədri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.



