EN

Sizi televizor qarşısına kilidləyəcək bürcünüzə özəl seriallar

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bürclərə görə mütləq izlənilməli olan seriallar bəlli olub.Demokrat.az xəbər verir ki, zodiak işarələrinin hər birinin özünəməxsus enerjisi, həyata baxışı və ruhunu qidalandıran mövzuları var.Bürclərin xarakterinə və daxili dünyasına uyğun gələn maraqlı ekran işlərinin siyahısı hazırlanıb.Qoç bürcünün enerjisi heç vaxt bitmədiyi üçün onlara sakit mövzulu filmlər uyğun gəlmir. Güc mübarizəsindən bəhs edən "Succession" və ya hərəkətli "Peaky Blinders" onların döyüşçü ruhunu əks etdirir. Şöhrəti sevən Şirlər üçün isə dramatik "The Crown" və ya populyar "Gossip Girl" ideal seçim hesab olunur. Həyatı bir macəra kimi görən Oxatanlara fəlsəfi dərinliyi olan "Sense8" və ya "The Good Place" komediyası tövsiyə edilir.Estetik zövqə önəm verən Buğalar üçün "The Bear" və ya "Anne with an E" serialı ruh oxşayan ekran işləridir. Hər detalın yerində olmasını istəyən Qız bürcü üçün "Sherlock" və ya "The Handmaid’s Tale" əvəzsizdir. Realist yanaşmaya sahib Oğlaqlar isə "The Queen’s Gambit" və ya "House of Cards" kimi strateji zəka tələb edən mövzuları daha çox bəyənirlər.Tez darıxan Əkizlər bürcünə dinamik süjetli "Fleabag" və ya "Black Mirror" uyğun gəlir. Münasibətlərdə tarazlıq axtaran Tərəzilər "Big Little Lies" və ya "Bridgerton" seriallarından zövq ala bilərlər. Standartlara sığmayan Dolçalar üçün "Dark" və ya "Mr. Robot" zəka inkişaf etdirən ekran işləridir.Duyğusal Xərçənglər "This Is Us" və ya "Gilmore Girls" seriallarında özlərinə doğma olan ailə əlaqələrini tapırlar. İnsan psixologiyasının dərinliklərinə enməyi sevən Əqrəblər üçün "Mindhunter" və ya "True Detective" əla seçimdir. Xəyalpərəst Balıqlar isə "The Sandman" və ya romantik "Normal People" ilə real dünyadan uzaqlaşa bilərlər.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
demokrat.az

1Sources