EN

Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək

Mayın 12–13-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş badminton turniri keçiriləcək.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Badminton Federasiyasından məlumat verilib.

2012–2013-cü il təvəllüdlü idmançılar (U-15) arasında təşkil olunacaq yarış Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

Chosen
1
8
90deqiqe.az

9Sources