EN

“Neftçi”də DƏRD: Biri var idi, biri də üstünə gəldi - FOTOLAR

21-ci turdan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edən (2:1) “Neftçi”də üzlər gülür.

Layiqli qələbə sayəsində xalların sayını 47-yə yüksəldən “ağ-qaralar” turnir cədvəlində “Zirə”ni qabaqlayıb 4-cü pilləyə qalxdı.

Çempionatın sonuna qədər mövcud pilləni qorumağa çalışan “Neftçi” növbəti sınaq qarşısındadır.

Yuri Verrnidubun rəhbərlik etdiyi kollektiv bu dəfə səfərdə “Karvan-Yevlax”ın qonağı olacaq.

Paytaxt təmsilçisi bölgədəki matça itkilərlə çıxacaq.

Ulduz hücumçu Vensan Abubakar hələ də zədəsinin müalicəsi ilə məşğuldur.

Sessi Dalmeyda isə “Qarabağ”la qarşılaşmada aldığı növbəti “sarı” ilə vərəqə limitini doldurub.

Bu günə olan itkilər iki legionerin adı ilə bağlıdır. Təbii ki, matç saatına qədər sıradan çıxan olmasa.

Mayın 5-də Yevlax şəhər stadionunda gerçəkləşəcək duelin start fiti saat 16:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
15
sportinfo.az

1Sources