EN

Bu şəkildə işdən çıxarılma qanunidirmi? Çoxları bu tələbi bilmir

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İşçilərin qanunsuz olaraq işdən çıxarılması halları əmək bazarında ciddi narahatlıq yaradır. Əmək münasibətlərində tərəflərin hüquq və vəzifələri qanunla tənzimlənsə də, bəzi hallarda işçilərin əvvəlcədən xəbərdarlıq edilmədən işdən kənarlaşdırılması qanunvericiliyin pozulması suallarını doğurur.Vəkil Vamiq Şükürov Demokrat.az-a açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, işəgötürən əmək münasibətlərinə xitam verərkən müəyyən edilmiş prosedurlara riayət etməlidir:“Əgər əmək müqaviləsi müddətin bitməsi ilə əlaqədar ləğv olunursa, bu halda işçiyə müddətin başa çatmasına ən azı bir həftə qalmış yazılı xəbərdarlıq edilməlidir. Belə xəbərdarlıq olmadıqda, müqavilə əvvəlki şərtlərlə davam etmiş hesab oluna bilər. İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarında məsələn, işəgötürənin qanuni tapşırıqlarının yerinə yetirilməməsi və ya işə davamlı şəkildə gəlməmək kimi hallar olduqda əvvəlcə işçidən izahat alınır”. O bildirib ki, işçi həmkarlar ittifaqının üzvüdürsə, həmin qurumun da rəyi nəzərə alınır:“Bundan sonra qanunvericiliyə uyğun şəkildə işdən azad etmə qərarı verilə bilər. Eyni zamanda müəssisənin ləğvi və ya ştat ixtisarı hallarında da işçi əvvəlcədən qanunla müəyyən edilmiş müddətlərdə yazılı qaydada xəbərdar edilməlidir. Yalnız xəbərdarlıq müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilməsi mümkündür”.Ekspert əlavə edib ki, əgər işçi həmkarlar ittifaqının üzvüdürsə, onun işdən çıxarılması üçün həmin qurumun rəyi mütləq nəzərə alınmalıdır. Yalnız bundan sonra qanunvericiliyə uyğun qərar verilə bilər.Digər tərəfdən, müəssisə ləğv edildikdə və ya ştat ixtisarı olduqda da işçiyə qanunla müəyyən edilmiş müddətdə yazılı xəbərdarlıq göndərilməlidir. İşçinin əmək müqaviləsinə yalnız xəbərdarlıq müddəti tamam olduqdan sonra xitam verilə bilər.Yəni, işəgötürən hər hansı işçini özbaşına və xəbərdarlıq etmədən işdən çıxara bilməz, çünki qanunvericilik həm müqavilə müddəti bitdikdə, həm də ixtisar zamanı müəyyən müddət əvvəl yazılı xəbərdarlıq edilməsini tələb edir.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
demokrat.az

1Sources