EN

ABŞ hərbçilərinə SEPAH katerlərinə zərbə endirməyə icazə verilib

ABŞ hərbçilərinə Hörmüz boğazında gəmilərə təhlükə yarandığı halda İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus katerlərə və raket mövqelərinə zərbə endirmək səlahiyyəti verilib.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid Ağ Ev rəsmisinə istinadən özünün "X" (keçmiş "Twitter") hesabında məlumat paylaşıb.

Bildirilir ki, regionda ABŞ qüvvələrinin atəş açma qaydaları dəyişdirilib. Artıq hərbçilər boğazdan keçən gəmilərə birbaşa təhlükə yaradan hədəflərə, o cümlədən SEPAH-ın sürətli katerlərinə və raket qurğularına qarşı preventiv zərbələr endirə bilərlər.

Chosen
52
1
moderator.az

2Sources