EN

Vəsiyyətnamə hansı hallarda qüvvədən düşür? Hüquqşünasdan izah

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vəsiyyətnamə mirasın bölüşdürülməsində əsas hüquqi sənədlərdən biri hesab olunsa da, bəzi hallarda onun hüquqi qüvvəsi aradan qalxa bilər.

Gununsesi.info -ya danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, qanunvericilik vəsiyyətnamənin qüvvədən düşdüyü konkret halları aydın şəkildə müəyyən edir.

Hüquqşünas bildirir ki, ilk belə hal vəsiyyətnamədə göstərilən şəxsin vəsiyyət edəndən əvvəl vəfat etməsidir. Bu vəziyyətdə vəsiyyətnamə üzrə müəyyən edilmiş hüquq faktiki olaraq reallaşa bilmir. Digər mühüm məqam vəsiyyət predmetinə aiddir. Əgər vəsiyyət edilən əmlak vəsiyyət edənin sağlığında itirilərsə və ya onun tərəfindən satılaraq, bağışlanaraq və ya başqa formada özgəninkiləşdirilərsə, həmin əmlak üzrə vəsiyyətnamə qüvvədən düşmüş hesab olunur. Çünki artıq vəsiyyət ediləcək predmet mövcud olmur. Bundan əlavə, əgər vəsiyyətnamədə yalnız bir vərəsə göstərilibsə və həmin şəxs mirası qəbul etməkdən imtina edirsə, bu zaman da vəsiyyətnamə hüquqi qüvvəsini itirir.

Hüquqşünas vurğulayır ki, bu kimi hallarda miras məsələləri artıq vəsiyyətnamə əsasında deyil, qanun üzrə vərəsəlik qaydalarına uyğun şəkildə həll edilir. Bu isə o deməkdir ki, əmlak qanunda nəzərdə tutulan növbəlilik prinsipi əsasında digər vərəsələr arasında bölüşdürülür.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
icma.az

1Sources