EN

“Çelsi”nin 18 yaşlı debütantına toqquşmadan sonra oksigen maskası lazım olub FOTO/VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Çelsi”nin 18 yaşlı debütantı Cessi Derri İngiltərə Premyer Liqasında “Nottinqem Forest”ə qarşı oyunda zədələnib.

İdman.Biz bildirir ki, oyun 3:1 hesabı ilə “Nottingem Forest”in xeyrinə qurtarıb.

Hadisə ilk hissəyə artırılmış vaxtda baş verib. Derri rəqiblə toqquşub yerə yıxılıb. Oyunçuya oksigen maskası lazım olub. Hücumçu Liam Delap zədəli oyunçunu 45+10-ce dəqiqədə əvəz edib.

“Nottingem Forest”lə oyun “Çelsi”nin baş məşqçi Liam Roseniorun qovulmasından sonra ilk oyunu olub. Komandaya hazırda ingilis Kalum Makfarleyn rəhbərlik edir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
24
icma.az

10Sources