EN

ABŞ İranın 6 hərbi katerini məhvETDİ

ABŞ Silahlı Qüvvələri Hürmüz boğazında ticarət gəmilərinin hərəkətinə mane olmağa çalışan İrana məxsus 6 hərbi kateri məhv edib.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bəyanat verib. Admiralın sözlərinə görə, Amerika hərbçiləri katerlərlə yanaşı, İrandan atılan qanadlı raketləri və pilotsuz uçuş aparatlarını (PUA) da zərərsizləşdiriblər.

Kuper əlavə edib ki, Hürmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək üçün keçirilən əməliyyat çərçivəsində İran qüvvələrinə ABŞ-ın hərbi obyektlərindən uzaq durmağı "şiddətlə tövsiyə edir".

Xədicə BAXIŞLI

Chosen
15
redaktor.az

1Sources