EN

Yanacaq balonunu kəsərkən həyatından oldu » AzadMedia.az


Kürdəmir sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

Rayonun Sığırlı kənd sakini, 1983-cü il təvəllüdlü Ramal Məmmədov yaşadığı evin həyətində kəsici alətlə yanacaq balonunu kəsərkən partlayış olub.

Ağır xəsarət alan R. Məmmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.
Chosen
29
4
azadmedia.az

6Sources