EN

FHN komandası dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışında qalib gəlib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib.

İdman.Biz Gənclər və İdman Nazirliyinə (GİN) istinadən bildirir ki, GİN və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda 6 kişi və 5 qadın komandası mübarizə aparıb.

Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin kollektivi birinci yeri tutub. SOCAR ikinci, TƏBİB isə üçüncü pillədə qərarlaşıb.

Kişilər arasında da Fövqəladə Hallar Nazirliyinin komandası qalib olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” QSC-nin komandaları tutublar.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
icma.az

2Sources