EN

Polşadakı Amerika hərbi kontingenti artırılacaq



Polşa ABŞ ilə ölkədəki Amerika hərbi kontingentinin artırılması ehtimalı ilə bağlı danışıqlar aparır.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirib .

"Biz Pentaqonla Polşada Amerika hərbi imkanlarının artırılması ilə bağlı danışıqlar aparırıq", - deyə o qeyd edib.

Zalevski əlavə edib ki, Polşanın niyyətləri dəyişməz olaraq qalır. Bu, Amerika imkanları, xüsusən də NATO-nun şərq cinahında gücləndirməkdən ibarətdir.

Zalevski etiraf edib ki, Polşada ABŞ əsgərlərinin başına nə gələcəyi ilə bağlı qərar ABŞ-a məxsusdur.

Qeyd edək ki, hazırda Polşada təxminən 10.000 Amerika hərbçisi var.

Anar
Chosen
20
1
newscenter.az

2Sources