EN

Braziliyada kiçik təyyarə binaya çırpıldı Ölən və xəsarət alanlar var +Video

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Braziliyanın Belo Horizonte şəhərində kiçik təyyarə yaşayış binasına çırpılıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, çırpılma nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə ağır yaralanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, təyyarənin binaların üzərindən alçaqdan uçaraq sonda onlardan birinə çırpıldığı görünür.

Bildirilib ki, qəza baş verməzdən əvvəl pilot uçuş zamanı yaranan çətinliklərlə bağlı dispetçerlərə məlumat verib.

Qeyd edək ki, təyyarədə baş verən nasazlığın səbəbi hələlik açıqlanmayıb. 

Təyyarənin çırpıldığı binada insanların olub-olmadığı hələlik bilinmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
qafqazinfo.az

1Sources